- Baxış sayı: 38
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

Premyer liqanın 23-cü turunda “Səbail”lə oyun zamanı kəllə və üzündən zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bununla bağlı sosial hesabında paylaşım edib. Allsport.az xəbər verir ki, o, daha güclü olduğunu deyib:
“Əlhəmdülillah. Çox şey deyə bilərəm. Amma biz siz düşündüyünüzdən daha da güclüyük. Şükür Allaha”.
Amil Yunanovun başına zərbə endirməsindən sonra əvəzlənən Məhəmmədəliyevə 25 tikiş qoyulub. Onun azı 2-3 həftə meydana çıxmayacağı dəqiqləşib.