- Baxış sayı: 19
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Liverpul” çempionlar liqasında “Ayntraxt Frankfurt” üzərində 5-1 hesablı qələbə ilə dörd oyunluq məğlubiyyət seriyasına son qoydu.
Allsport.az xəbər verir ki, həlledici qələbəyə baxmayaraq, Mersisaydlıların heyətində hələ də narazı qalan ən azı bir oyunçu var. Komandanın son illərdə ən çox qol vuran oyunçusu Məhəmməd Salah son həftələrdə tənqid atəşinə tutulub və “Ayntraxt”la oyunda “Liverpul”un start heyətində yer almayıb. O, 74-cü dəqiqədə 5-1 hesabı ilə əvəzedici heyətdə meydana çıxıb və qol vura bilməyib.
Oyundan sonra misirli futbolçu sosial media profillərindən “Liverpul” oyunçusu kimi statusu ilə bağlı məlumatları silib. O, “Liverpul” formasında olan paylaşımlarını silməyib.
Salah bu mövsüm 12 matçda üç qol vurub və üç məhsuldar ötürmə edib.