- Baxış sayı: 40
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, Səudiyyə klubları yay transfer pəncərəsi ərəfəsində misirli futbolçunun ətrafındakı vəziyyəti diqqətlə izləyirlər.
“Əl-Hilal” və “Əl-İttihad” yayda Məhəmmədi heyətinə qatmaqda maraqlıdırlar və bu sövdələşmə üçün “mersisaydlılar”a 50 milyon funt-sterlinq təklif etməyə hazırdırlar. Son iki ildə Salaha olan marağını gizlətməyən bu klublar ona Kriştianu Ronaldu ilə eyni səviyyədə müqavilə təklif etməyi planlaşdırırlar.
“Liverpul” yayda Salahı satmağa razıdır, lakin təkliflərə yalnız futbolçunun özü klubdan ayrılmaq istədikdə baxacaq.