- Baxış sayı: 35
- 21 Aprel 2025 16:45
- Baxış sayı: 91
- Aprel 21, 2025
- 0
“Bütün yarışlar çox yaxşı gedir. Hər şey vaxtında olur. Burada şərait çox yaxşıdır. Olimpiya kəndində təşkilatçılıq yüksək səviyyədədir”. Allsport.az saytı xəbər ki, bunu Tokio-2020-də Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev deyib.
200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyən 31 yaşlı həmyerlimiz, məqsədinin Fransa-2024-ə hazırlaşmaq olacağını söyləyib: “Olimpiada ilə yarışlarımız yekunlaşmır. Türkiyədə klubların yarışları olacaq. Qarşıdakı illərlə bağlı daha bir hədəfimiz var – Paris yay olimpiya oyunları. Bütün idmançılarımıza ən yaxşı nəticələrini göstərməyi arzu edirəm”.
Ramil Quliyev sonda Azərbaycana salam göndərməyi də unutmayıb: “Salam, Azərbaycan, səni sevirəm!”
Qeyd edək ki, Olimpiadanın yarımfinal mərhələsində finişə 6-cı yerdə çatan Ramil Quliyev finala yüksələ bilməyib.