Sambo üzrə Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 1993-1994-cü il təvəllüdlülər arasında sambo üzrə Bakı birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, birincilikdə 110 idmançı 13 çəki dərəcə üzrə mübarizə aparıb.

Yarışda Həcəf Xankişiyev (24 kq), Fərid İbrahimli (26 kq), Adil Əmirxanov (28 kq), Cavidan Abbasov (30 kq), Vaqif Abdullayev (32 kq), Riad Nadirov (35 kq), Abbas Qafarov (38 kq), Sübhi Süleymanlı (41 kq), Nicat Quliyev (45 kq), Əkbər Məmmədov (49 kq), Yunis Allahverdiyev (53 kq), Hüseyn Qurbanov (57 kq), Orxan Məcidli (57 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Həmin kateqoriyadan