- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev bildirib ki, martın 7-dən 10-dək Sankt-Peterburqda keçiriləcək sambo üzrə Rusiya çempionatının qalibləri iyun ayında Bakıda birinci Avropa Oyunlarında və noyabr ayında Kasablankada (Mərakeş) Dünya Çempionatında iştirak etmək hüququ qazanacaqlar. Allsport.az xəbər verir ki, Yeliseyev onu da əlavə edib ki, qarşıda çox ciddi mübarizə gözlənilir, çünki artıq bu günə qədər 300-dən çox idmançı həmin turnirdə iştirak etmək arzusunu bildirib.
Rusiyalı samboçular Azərbaycan paytaxtında keçiriləcək Avropa Oyunlarında maksimum sayda: kişilər arasında səkkiz çəki dərəcəsində və qadınlar arasında səkkiz çəki dərəcəsində çıxış etmək hüququ qazanıblar.