Samboçulardan uğursuz start

Daşkənd şəhərində idman və döyüş sambosu üzrə dünya çempionatı start götürüb. Allsport.az xəbər verir ki, turnirin ilk günündə samboçularımızdan Eyvaz Baxşiyev (58 kq) və Mirfəttah Seyidəliyev (64 kq) mübarizə aparıblar. E.Baxşıyev səkkizdəbir finalda qırğızıstanlı Azat Amanbekovu məğlub etsə də, sonrakı mərhələdə qazaxıstanlı Bolatbek Raymkulova uduzub.

Digər təmsilçimiz M.Seyidəliyev (64 kq) də yarışa qələbə ilə start verib. İlk mərhələdə monqolustanlı Erdenemygmar Bekhjee üzərində qələbə qazanan samboçumuz ikinci qarşılaşmada belaruslu Pavel Hladkixə məğlub olub.

Nüfuzlu turnirdə ölkəmizi 5 idmançı təmsil edir. Turnir noyabrın 14-dək davam edəcək.

Həmin kateqoriyadan