- Baxış sayı: 142
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya 1-ciliyi keçirilib.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi 12 idmançı təmsil edib. Dünya 1-ciliyin yekun nəticələrinə görə, samboçumuz Sahib Babayev (53 kq) gümüş medal qazanıb. Komandamızın digər üzvləri Əli Hacıyev (58 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq), Kamran Qasımov (71 kq), Adil Adilzadə (88 kq) bürünc medal əldə ediblər.