Samboçularımız dünya birinciliyində

Oktyabrın 14-də Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya 1-ciliyi start götürəcək.

Allsport.az xəbər verir ki, yarışda ölkəmizi 12 idmançı təmsil edəcək. Belə ki, yeniyetmələr arasında turnirdə Sahib Babayev (53 kq), Əli Hacıyev (58 kq), Rəvan Novruzov (64 kq), Kərəm Babazadə (71 kq), Camal Baqişov (79 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) iştirak edəcəklər. Gənclərin yarışında isə Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Kamran Qasımov (71 kq), Adil Adilzadə (88 kq), Toğrul Salmanov (+98 kq) mübarizə aparacaqlar.

Turnir oktyabrın 18-də başa çatacaq.

Həmin kateqoriyadan