- Baxış sayı: 30
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 118
- Noyabr 28, 2024
- 0
“Zirə”nin baş məşqçisi Samir Abbasovun premyer liqanın 2-ci turunda “Neftçi” ilə oyundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, o, 1:0 hesabı ilə bitən görüşü belə şərh edib:
“Həddindən artıq təzyiqli oyun keçdi. Qələbə qazanmağımız yaxşı oldu. Ən azından bizə bir siqnal oldu ki, oyun udmaq üçün mübariz olmalısan. Azarkeşlərimiz bizi yalnız qoymadı. Ötən il onları bir az üzdük. Futbolçularıma “sağ ol” düşür.
Bir-iki oyunçu var idi ki, tez verdiyi qərarlarla düşdükləri situasiyadan çıxırdı. Nə dəyişdiyi odu ki, bu oyunda mübarizə apardıq. Ancaq bu ötən tur yox idi. Həm “Səbail”, həm də “Neftçi” avrokuboklarda oynayıb. Əvvəlcə onlar bu həyəcanı əvvəlcədən yaşayıb. Bizim komanda yavaş-yavaş özünə gələcək”.