Samir Abbasov: Hər şey gözlədiyimdən də yaxşı keçdi

“Zirə” və “Keşlə” yoxlama oyununda 2:2 ediblər. Allsport.az saytı xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Samir Abbasovun oyun və yay hazırlığının ilk hissəsi haqda bunu söyləyib:

“Bugünkü oyun bir az sərt keçdi. Bu da başadüşüləndi. Çünki hamı özünü göstərmək istəyir. “Keşlə”yə də uğurlar arzulayıram. Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi.

Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuloarın peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidir. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu.

Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın 2-ci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”.

Həmin kateqoriyadan