Samir Abbasov paraqvaylı futbolçuya “elçi düşdü”

“Neftçi”nin baş məşqçisi Samir Abbasov adı klubla hallanan Təmkin Xəlilzadə və Sezar Meza Kolli barədə açıqlama verib. Allsport.az xəbər verir ki, “Neftçi TV”yə “Keşlə”nin paraqvaylı oyunçusu ilə maraqlandıqlarını söyləyib:

“Təmkin Xəlilzadə barədə danışmışıq. Gəlin, bu söhbəti birdəfəlik bağlayaq. Sezara gəlincə, gizlətməyəcəm, bu məsələ var. Şəxsən özüm onun gəlişində maraqlıyam. Ancaq indi gözləməliyik. Çünki “Keşlə”nin kubokda final oyunu var. Sadəcə, azarkeşlərimiz çox maraqlandığı üçün bu barədə açıqlama vermək istədim. Finaldan sonra danışacağıq”.

Samir Abbasov “Keşlə”də icarədə olan Turan Vəlizadə ilə Rəhman Hacıyev və “Sumqayıt”da oynayan Cabir Əmirlinin mümkün qayıdışı barədə də fikir bildirib. O, Rəhmanın geri dönüşünün mümkünlüyünü söyləyib. Digər iki futbolçu isə hazırkı klubları tərəfindən istənsə, “Neftçi”yə qayıtmayacaqlar.

Həmin kateqoriyadan