- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov çempionlar liqasının I təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib. Allsport.az xəbər verir ki, mütəxəssis klubun saytına açıqlamasında Tbilisi “Dinamo”su lə rəqib olmaları barədə bunu deyib:
“Rəqibimiz bir az əvvəl müəyyənləşib. İndi rəqib haqda fikir bildirmək çətindir. Artıq bu gündən rəqibi təhlil etməyə, araşdırmağa başlayacağıq. Tbilisi “Dinamo”sunun əsas üstünlüyü Gürcüstan çempionatının hazırda davam etməsidir. Komanda formadadır, iki gün əvvəl “Samtrediya”ya səfərdə 2:0 hesabı ilə qalib gəlib. Digər tərəfdən “Dinamo”nun baş məşqçisi Kaxaber Tsxadadzeni yaxşı tanıyırıq. Bakı “İnter”ində onun rəhbərliyi altında oynamışam, nəyə qadir olduğunu bilirəm.
Düzdür, müəyyən problemlərimiz var. Məsələn, viza problemi ilə əlaqədar bəzi futbolçularımız hazırlığa qoşula bilməyiblər, millidən qayıdanlara isə yorğun olduqları üçün istirahət verilmişdi. Bunu panikaya düşmək üçün demirəm, tam ciddiyəti ilə oyuna hazırlaşacağıq. Təbii ki, üstünlüklərimiz də var. Açığı, püşkdən əvvəl soruşsaydınız, rəqiblər arasında fərq qoya bilməzdim. Kimliyindən asılı olmayaraq, rəqibi eyni cür təhlil edib, hazırlaşacaqdıq. Öz prizmamızdan baxsaq, Çempionlar Liqasında böyük təcrübəsi olan komanda deyilik, uzun illərdir bu turnirdən uzaq qalmışıq. Bu, bizim üçün bir sınaq olacaq və inanıram ki, bu sınaqdan üzüağ çıxacağıq. Əlbəttə, mərhələni adlamaq şansımız var. İnşallah, xalqımızın, azarkeşlərimizin dəstəyilə mərhələni adlayacağıq”.
“Dinamo” ilə ilk oyun iyulun 6-7-də səfərdə, cavab matçı isə ayın 13-14-də “Bakcell Arena”da keçiriləcək.