- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 137
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın XXII turunda səfərdə “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis oyunu şərh edib və çempionluq uğrunda sona qədər mübarizə aparacaqlarını deyib:
“Həyəcanlı qarşılaşma oldu. Çətin səfər matçı idi, bilmirəm hesaba necə reaksiya verək. Çətin rəqibə qarşı yaxşı futbol alındı. Axıra kimi döyüşəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəzi dəyişiklər etdik, buna səbəb oyunçulardan psixoloji təzyiqi götürmək idi. Mövsümün axırıdır. Bəlkə kimdəsə, belə təəssürat yarana bilər ki, komanda ona görə uduzub. Təzyiqi aradan qaldırmaq üçün dəyişiklik etməyə məcburuq.
Futbolçular həqiqətən istəyirdilər və can yandırırdılar. Təəssüflər olsun ki, 3 xal qazana bilmədik. Bəzi epizodlarda riski oynayırdılar, bu da qalib gəlmək istəyi ilə bağlı idi. 3 xal qazana bilmədik deyə üzülürük. Əlimizi, qolumuzu sallamağa ixtiyarımız yoxdur. İkinci hissədə meydana hücumçu buraxdıq, istədik ki, daha kəsərli olaq. Yusuf Laval bir az yorulmuşdu, ona görə onu əvəzlədik. Hücumlarda və müdafiədə istəniləni vermirdi. Ön xəttdə daha aktiv olmaq üçün Əhməd Əhmədovu oyuna buraxdıq”.
Samir Abasov komandanın cinah futbolçusu Yusuf Lavalla problem yaşamadığını deyib: “Onunla problemimiz yoxdur, bu gülünc şeydir. Nələrsə, yazmalıdırlar ki, kimlərsə, oxusun. Həqiqətən gülməlidir. Deyirəm ki, elə şey yazanları aktyor, rejissor edək, jurnalist, yox. Olmayan şeyi yazıb ictimaiyyətə təqdim edirlər. Yazan sağ olsun, bizi bir az şənləndirdi”.