Samir Abbasov: “Üstümüzdə gərginlik var”

“Neftçi”nin baş məqşçisi Samir Abbasov çempionlar liqasının 1-ci ələməsinin “Dinamo”(Tiflis) ilə oyunundan əvvəl mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o bunu söyləyib:

“Uzun müddətdən sonra “Neftçi”ni, Azərbaycanı bu cür turnirdə təmsil etmək, “Neftçi” ailəsi üçün qüruruverici və şərəfdi. Yalandan danışmayım, oyundan əvvəl üstümüzdə gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Elə futbolçularımız var ki, belə turnirlərdə iştirak etməyiblər. Amma inanırıq ki, sabah oyuna çıxandan sonra hər şey yaddan çıxacaq, gərginlik meydandan kənarda qalacaq, “Neftçi”ni, xalqımızı təmsil edəcəyik.

Nə qədər də bu oyuna kimi problemlər yaşadıq, şişirdib danışmaq istəmirəm. Necə hazırlaşmışıq, bunu da sabah oyun göstərəcək. Rəqibin bizim üstümüzdə üstünlükləri var. Onlarda çempionat davam edir, 17-ci tur gedir. Həm taktiki, həm fiziki baxımdan bizimlə müqayisədə tam hazırdılar. Yaxşı toplanış keçmişik, cəmi 3 oyun oynayıb, bura gəlirik. Onlardan biri fiziki hazırlıq üçün idi, digər iki oyun isə “Dinamo” matçı üçün idi. Bütün bunları kənara qoyacağıq, çalışacağıq ki, öz adımızı burada yaxşı təmsil edək.

Sabahkı oyunun nə qədər gərgin keçəcəyi bizə məlumdur. “Dinamo” bizim kimi tarixi, köklü klubdur. Çempionatda qızıl medallar uğrunda oynayır, güclərinə bələdik. Kaxaber Sxadadze gələndən sonra 5 oyunu da izləmişik, hansı sxemdə, taktika oynayırlar bizə bəllidir. Vizual baxmaq ayrıdı, komandanı canlı hiss etmək ayrıdı. Bunu futbolçular meydana çıxandan sonra hiss edəcəklər.

“Dinamo” necə oynayacaq bizə də aydın deyil. Təkrarlamaq istəyirəm ki, bizi çox gərgin oyun gözləyir. Kaxaber Sxadadzeni çox yaxşı tanıyıram. Onun işlədiyi komandalar nəyə qadirdi bilirəm, futbolçusu olmuşam. Bizi maraqlı oyun gözləyir, görək sabah necə olacaq”.

Həmin kateqoriyadan