- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Samir Abbasov karyerasında 150-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, bu, premyer liqanın XXIV turunun “Sabah”la görüşünə təsadüf edib.
2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”ni çalışdıran Abbasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü premyer liqa, 17-si ölkə kubokunda baş tutub.
Mütəxəssis “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.