Samir Abbasovun cəzasına yenidən baxıldı

AFFA intizam komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abbasovla bağlı qəbul edilən qərara yenidən baxıb. Allsport.az xəbər verir ki, bü gün keçirilən iclasda Samir Abbasovla bağlı qəbul edilən qərara yenidən baxılıb, lakin qərar öz qüvvəsində qalıb.

“Ağ-qaralar”ın baş məşqçisi premyer liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyundan (2:2) sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanıb, klub isə 4000 manat cərimə olunub.

Abbasov cəza səbəbindən “Neftçi”nin “Keşlə”ni (3:0) və “Səbail”i (4:0) məğlub etdiyi matçları buraxıb.

Həmin kateqoriyadan