- Baxış sayı: 27
- 16 Mart 2026 18:26
- Baxış sayı: 234
- Mart 15, 2026
- 0

“Turan Tovuz”un qapıçısı Sergey Samokun Azərbaycan premyer liqasındakı quru sıralaması qırılıb.
Allsport.az xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu XXIV turun “Kəpəz”lə səfər matçında (1:1) buraxıb.
Samokun sıralamasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qolkiper sonuncu dəfə 2024/25 mövsümünün XXXIV turunda qol buraxıb. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.
Hacıyevin qoluna qədər Sergey 812 quru dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun sıralamaya imza atan 9-cu əlcək sahibi olub.
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (“Bakı”) – 985
3. Xalidu Sissoko (“Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (“Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Dmitri Bezotosnı (“Qəbələ”) – 915
8. Boyan Pavloviç (“Qarabağ”) – 828
9. Sergey Samok (“Turan Tovuz”) – 812