- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
“San-Marino Notizie” xəbər portalında “Bakı-2015” ilk Avropa Oyunlarına 100 gün qalır” sərlövhəli məqalə yayılıb. Allsport.az xəbər verir ki məqalədə qeyd olunur ki, bu il keçiriləcək ilk Avropa Oyunlarına Azərbaycanın paytaxtı Bakı ev sahibliyi edəcək.
Bu həyəcanlı və möhtəşəm idman tədbirinə San-Marinodan olan idmançılardan ibarət geniş nümayəndə heyəti də qatılacaq. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Romada təşkil edilmiş Baş Assambleyasında qəbul edilib. 17 günlük yarış ərzində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı 20 idman növü üzrə öz qüvvəsini sınayacaq.
Yazıda San-Marinonun bu yarışlarda təmsil olunması ilə bağlı da məlumat verilir və qeyd olunur ki, nümayəndə heyətinə Federiko Valentini başçılıq edəcək.