- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

“Mançester Yunayted”in sol cinah yarımmüdafiəçisi Ceydon Sanço icarə əsasında “Aston Villa”ya keçib.
Allsport.az xəbər verir ki, ingiltərəli futbolçunun müqaviləsi bir illikdir.
Sanço ötən mövsümü icarə əsasında “Çelsi”də keçirib və 41 matçda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Mançester Yunayted” Ceydonu 2021-ci ildə “Borussiya Dortmund”dan 85 milyon avroya alıb.