- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 278
- Mart 22, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan premyer liqasının 10-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı ev oyunundan sonra fikrini bölüşüb. Allsport.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətə üzüldüyü debüt matçına belə şərh verib:
“Oyuna çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə “Turan Tovuz” fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə komandadan razıyam.
Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz daha da sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyətin məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Bəxtsizlik məğlubiyyətə gətirib çıxardı”.