- Baxış sayı: 37
- 16 Fevral 2025 11:37
- Baxış sayı: 43
- Fevral 17, 2025
- 0
Əməkdar bədən tərbiyəsi və idman xadimi Sara Sultanovanın xatirəsinə stolüstü tennis turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, qadınların mübarizəsində Billurə Eminova qalib gəlib. Rüfət Əliyeva 2-ci, Xəyalə Qiyasova 3-cü yeri tutub.
40-49 yaşlı kişilərin turniri Zaur Mikayılovun qələbəsi ilə nəticələnib. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 yaş və yuxarı yaş qrupunda 1-ci olub.
Qoşa turnirdə isə, Rəhim Hüseynov – Əli Heydəri tandemi qələbə çalıb.
“Şüa” idman kompleksində keçirilən turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.