- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Dünya savat (Fransız boksu) federasiyasının vitse-prezidenti Joel Dumes və Avropa savat konfederasiyasının prezidenti Rodolf Rodomun Bakıda mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, Fransa – Azərbaycan universitetində təşkil olunan tədbirdə Azərbaycan şaolin və savat döyüş sənətləri federasiyasının prezidenti Rafiq Əliyev də iştirak edib.
Konfrans 2021 və 2022-ci illərdə Bakıda keçiriləcək Avropa çempionatına həsr olunub. İlk olaraq savat döyüşü barədə video nümayiş olunub.
Dumez təqdim olunan video barədə məlumat verib. O, savat boksunun tanınması üçün bir sıra addımlar atıldığını vurğulayıb. Federasiya rəsmisi bu idman növünün Fransada dövlətin qayğısı ilə tədris olunduğunu diqqətə çatdırıb: “Fransız boksu ilə məşğul olan qadınların və gənclərin sayı yetərincədir. Fransada 800 savat klubu mövcuddur. Sabah Azərbaycan və Fransa federasiyasıları arasında konvensiya müqaviləsi imzalanacaq. Bu sözləşməyə əsasən, Azərbaycandan Fransaya, Fransadan isə Azərbaycana mütəxəssislər, idmançılar gələcək. Qısa zaman ərzində idmançılarınızın uğur qazanması federasiyanın böyük uğurlarına işarədir”.
Rodolf Rodom isə savat növünün qitənin 28 ölkəsində tanındığını bildirib və yay olimpiya oyunlarında təmsil olunma şanslarından söz açıb: “Bu yöndə bir sıra işlər görmüşük. 2023-cu il III Avropa oyunlarında idman növü kimi təmsil olunmaq istəyirik. 2024-cü il Paris yay olimpiya oyunlarının proqramında da yer almağa çalışırıq”.
Hər iki qonağı salamlayan Əliyev isə Azərbaycanda savat döyüş növünün 4 ilə yaxındır inkişaf etdiyini bildirib. O, Avropa savat konfederasiyasının prezidenti Rodolf Rodomun və beynəlxalq savat federasiyasının prezidenti Joel Dumezun ölkəmizə səfərləri çərçivəsində bir sıra görüşlər keçirdiklərini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə görüşdə ölkəmizdə 2021-ci ildə savatın assa, 2022-ci ildə isə kombat növləri üzrə Avropa çempionatlarının keçilməsi barədə razılıq əldə olunub. Fransa Savat Federasiyasının məşqçilərinin Azərbaycanda seminarlar keçməsi barədə də fikir mübadiləsi aparılıb.