- Baxış sayı: 40
- 09 Mart 2026 17:31
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Azərbaycan idmançıları Avstriyanın Vayts şəhərində keçirilən savat (fransız boksu) üzrə dünya kubokunda beş medal qazanıblar.
Allsport.az xəbər verir ki, kiçik yaş qrupunda çıxış edən Ağamirzə Mahmudbəyli (30 kq) qızıl medal əldə edib.
Gənc savatçıların mübarizəsində Ələkbər Xanməmmədov (56 kq) qızıl, Yasin İbrahimov (52 kq) və Məhəmməd Süleymanov (+75 kq) gümüş, böyüklərin yarışında isə Beyrək Bağırov (80 kq) bürünc mükafata sahib olublar.