“Seltik” hücum xəttini gücləndirir

“Seltik” “Vest Hem”in hücumçusu Kallum Vilsonun xidmətində maraqlıdır.

Allsport.az xəbər verir ki, Qlazqo təmsilçisi artıq 33 yaşlı futbolçunun transfer perspektivlərini və oyunçunun komandaya keçməyə marağını öyrənmək üçün rəsmi sorğu göndərib.

Bildirilir ki, ötən ilin yayında “Vest Hem”ə qoşulan Kallumun London klubu ilə yolunu ayırması gözlənilir. Vilson cari mövsümdə premyer liqada keçirdiyi 17 oyunda 4 qol vurub.

Həmin kateqoriyadan