- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Mançester Siti” “Bornmut”un yarımmüdafiəçisi Antuan Semenyonun müqaviləsindəki bənddən istifadə edərək, onu yanvarda transfer edə bilər.
Allsport.az xəbər verir ki, “Siti” 25 yaşlı qanalı futbolçu üçün təxminən 74 milyon avro ödəməli olacaq.Semenyo 2025/26 mövsümündə bütün turnirlərdə 13 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Bornmut”la müqaviləsi 30 iyun 2030-cu ilə qədər etibarlıdır.