Seneqalın çempionluğu ləğv edildi!

2025-ci il Afrika millətlər kubokunun final oyununda Seneqal yığmasına texniki məğlubiyyət verilib və Mərakeş millisi turnirin qalibi elan edilib.

Allsport.az xəbər verir ki, bu barədə Afrika futbol konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb.

CAF Seneqal oyunçularının meydanı tərk etməsi ilə əlaqədar Mərakeş tərəfinin apellyasiya şikayətini təmin edib. Qurumun apellyasiya komitəsinin qərarına əsasən, turnirin əsasnaməsinin 84-cü maddəsinə uyğun olaraq, Seneqal seçməsinə texniki məğlubiyyət verilib və Mərakeşə 3:0 hesablı qələbə yazılıb.

Seneqal və Mərakeş yığmaları arasındakı final qarşılaşması yanvarın 18-də Rabatdakı stadionda baş tutub. Əsas vaxtın sonunda seneqallılar qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk ediblər. Təxminən 15 dəqiqəlik fasilədən sonra onlar geri qayıdıb və Brahim Diasın vurduğu penaltini qapıçı Eduar Mendi dəf edib. Əlavə vaxtda isə Pape Quyenin qolu ilə Seneqal qələbə qazanmışdı.

Həmin kateqoriyadan