- Baxış sayı: 23
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 80
- Dekabr 05, 2025
- 0
Noyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Joffrua Qişar”da “Qarabağ”ı qəbul edəcək “Sent Etyen” 4 əsas heyət üzvünü yola salıb. Allsport.az Fransa klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, yığmaların heyətinə yollanan hər 4 oyunçu “yaşıllar”ın aparıcı üzvləridir.
Bunlar Loik Perrin (Fransa), Max-Alan Qradel (Fildişi Sahili), Florentin Poqba (Qvineya) və Türkiyə millisinin üzvü Mövlud Ərdincdir.
Fransa klubu Avroliqanın qrup mərhələsində keçirdiyi 4 oyunun hamısında meydanı 1 xalla tərk edib, “köhlən atlar” isə 1 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə edib.