- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
“Serbiya Olimpiya Komitəsi günü” münasibəti ilə keçirilmiş tədbirdə Bakı-2015 barədə videoçarx nümayiş olunub. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən tədbirdə bu ölkınin prezidenti Tomislav Nikoliç ilə yanaşı, hökumət nümayəndələri, parlamentin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
2014-cü il üçün ölkənin ən yaxşı idmançılarına Serbiya Olimpiya Komitəsinin xüsusi mükafatlarının təqdim olunduğu tədbirdə ilk Avropa Oyunlarını əks etdirən lövhə də asılıb. Tədbir Serbiya Dövlət Yayım Korporasiyası tərəfindən canlı yayımlanıb. Qeyd edək ki, Serbiya Olimpiya Komitəsinin rəsmi saytında Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məlumatlar yerləşdirilib.