Sergey Zenyov: Ötən avroliqa ilə müqayisədə, bu dəfə rəqiblərimiz bir qədər zəifdir

“Qəbələ”nin hücumçusu Sergey Zenyov komandasının Avropa Liqasında çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, estoniyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunu deyib:

“Avroliqada özümüzü yaxşı tərəfdən göstərə bildik. Komandamız vacib oyunlarda qələbə qazandı, qrup mərhələsinə yüksələ bildik. Artıq Avroliqanın qrupunda çıxış edəcəyik.

Rəqiblərimiz güclü komandalardır, amma ötən illə müqayisədə, bu dəfə bir qədər zəifdilər. İstənilən halda, hər birinə qarşı ciddi mübarizə aparacağıq”.

Həmin kateqoriyadan