Şevçenko dopinq qalmaqalının iştirakçısıdır?

Ukrayna futbol assosiasiyasının rəhbəri Andrey Şevçenko “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrikin dopinq işində dolayısı ilə əli ola bilər.

Allsport.az xəbər verir ki, bu barədə jurnalist İqor Burbas məlumat yayıb.

Mənbənin sözlərinə görə, “zadəganlar”ın yarımmüdafiəçisinə Ukrayna millisində kök hüceyrə vurulmasına icazə verən Şevçenko olub.

2024-cü ilin dekabr ayından Mudrik dopinq testinin müsbət çıxdığına görə “Çelsi”nin oyunlarından kənarlaşdırılıb. Onun bədənində dünya antidopinq agentliyi (WADA) tərəfindən qadağan edilmiş meldonium preparatı aşkar edilib.

Mudrik 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir.

Həmin kateqoriyadan