Sevgilisini zorladığı üçün polisə şikayət edildi

“Vasko da Qama”nın futbolçusu Dimitri Paye cinsi zorakılıqda ittiham olunur.
Allsport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin keçmiş sevgilisi, braziliyalı vəkil Larissa Ferrari onu mənəvi, fiziki və cinsi istismarda ittiham edib.

Mart ayında 28 yaşlı qızın Braziliya polisinə şikayəti əsasənda araşdırma başlayıb.

“2024-cü ilin dekabrında ilk mübahisəmiz oldu və o, məni cəzalandıracağını dedi. O, məndən özümü alçaltmaqla sevgimi sübut etməyimi tələb edirdi. Videoya öz sidiyimi və tualetdən su içdiyimi, həmçinin döşəməni yaladığımı çəkməyə məcbur olunurdum”, – deyə Ferrari bildirib.
Larissa Ferrari döşəmədə uzandığı zaman 38 yaşlı futbolçunun onu döydüyünü iddia edib.

Həmin kateqoriyadan

azenrutr