- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. Allsport.az saytı xəbər verir ki, ümummilli liderin qızı bu barədə məlumatı virtualaz.org-a təsdiqləyib. Sitat:
“Azər Əliyev Azərbaycana kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”.
Sevil Əliyeva həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babasının – ümummilli lider Heydər Əliyevin evində yaşayır. Ağır Atletika Federasiyasının prezidenti AzAL-ın rəhbəri Cahangir Əsgərovdur.