“Sevindirici haldır ki, yeniyetmə badmintonçularımız beynəlxalq arenalarda uğurlu çıxış edirlər”

III MDB oyunlarında Qəbələ olimpiya idman kompleksində badmintonçuların mübarizəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, komandamızın çıxışını Azərbaycan badminton federasiyasının prezidentinin müşaviri Əjdər Cəfərov belə dəyərləndirib:

“Yalnız yerli badmintonçularla bu yarışlarda mübarizə apardıq. Sevindirici haldır ki, yeniyetmə idmançılarımız bu gün beynəlxalq arenada uğurlu çıxış edirlər. Bu yarış idmançılarımız üçün yaxşı sınaq oldu. Növbəti turnirlərdə də yüksək nəticələrə imza atacağımıza inanırıq”.

Azərbaycan millisi turniri 6-sı bürünc, 1-i gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurub.

Həmin kateqoriyadan