- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının seçmə mərhləsinə Slovakiyada yekun vuran Azərbaycan millisinin düşərgəsində qalmaqal yaşanıb.
Allsport.az xəbər verir ki, görüşün fasiləsində komandamızın paltardəyişmə otağında futbolçular arasında dava düşüb.
Ramil Şeydayev ilk hissədə qeyri-fəallığı ilə yadda qalan Eddi İsrafilova sərt etirazını bildirib. Eddiyə passiv və istəksiz oynamasını irad tutan Ramil “sənin kimilər bu formanı geyinməməlidir” deyib.
İsrafilov komanda yoldaşına “sən mənə heç nə deyə bilməzsən” cavabı verincə, ara qarışıb. Şeydayevin müdafiəsinə qalxan Qara Qarayev Eddiyə tərəf gedib. Bu zaman digər futbolçular araya girərək, onların əlbəyaxa olmasının qarşısını güclə alıb. Nikola Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə qarışmayıb, sakitcə bir kənara çəkilərək yaşananları izləyib.
İsrafilov bundan hiddətlənərək, formasını əynindən çıxarıb və “mən meydana çıxmıram” söyləyib. Onu duş qəbul etməyə getdiyini görən baş məşqçi Elvin Camalova ikinci hissədə meydana çıxmağı tapşırıb.
Ramil Şeydayev “qafqazinfo”ya açıqlamasında yaşananları təkzib etməyib: “Bu suala cavab vermək olmaz”.