Silva “Mançester Siti”dən gedir

“Mançester Siti”nin ulduzu Bernardu Silva yayda klubunu dəyişəcək.

Allsport.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı artıq ayrılıq qərarını verib.

2017-ci ildən bəri “Siti”də 17 kubok qazanan və 449 oyuna çıxan futbolçuya Avropa, Səudiyyə Ərəbistanı və ABŞ-dən təkliflər var. Silva növbəti klubunu mövsüm bitdikdən sonra seçəcək.

Həmin kateqoriyadan