Silven Ripol: Azərbaycan futbolçularına daha çox qol vura bilərdik

“Seçmə mərhələyə yaxşı başladıq. İlk oyunda qələbə qazandığımız üçün sevincliyik”. Allsport.az saytı xəbər verir ki, bunu Fransa U-21 yığmasının baş məşqçisi Silven Ripol deyib. O, AÇ-2021-in seçməsində Azərbaycan futbolçularına 5:0 qalib gəldikləri görüşdən razı qalıb:

“Psixoloji cəhətdən yaxşı vəziyyətdəyik. Bu, oyundan-oyuna inkişaf etməyimiz üçün yetərli amildi. Topa sahib idik, oyuna nəzarət bizim əlimizdə idi. Daha çox qol vura bilərdik. Çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlanmaq üçün dəqiqlik çatmadı.

Xüsusən də, ikinci hissədə effektli oyun çatmadı, bəzi boşluqlar buraxdıq. Fərdi potensialımız böyükdü. Bunu kollektiv oyuna sirayət etməliyik. Bunların üzərində çalışmalı, hücumları məntiqi sonluğa çatdırmağı və hücum keyfiyyətini yaxşılaşdırmalıyıq”.

Həmin kateqoriyadan