- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
AVF-in yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu iş çərçivəsində ilk dəfə Bakıda çimərlik voleybolu üzrə “Seçim günü” keçirib.
Bakı su idmanı sarayında seçimlər 2 gün davam edib. 100-ə yaxın 2009-2013-cü il təvəllüdlü qız və oğlanlar qatılıb. Seçimlər çimərlik voleybolu üzrə yeniyetmə və gənc qızlardan milli komandaların rəhbəri İqor Olefir və oğlanlardan ibarət milli komandaların rəhbəri Joanildo Costa Junior tərəfindən aparılıb.
Burada fərqlənən, eləcə də əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn istedadlı uşaqlar qeydiyyata alınıblar. Seçilmiş uşaqlar milli komandaların məşqlərinə cəlb olunmaq imkanı qazanacaqlar.