“Simurq” Lənkərana getmədi, “Neftçi” bürünc medallara sahib çıxdı

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2014/2015 mövsümünə yekun vurulub. Allsport.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra yarış başa çatıb.

Bu gün iki görüş baş tutub. “Neftçi” AZAL-a, “Bakı” “Qəbələ”yə qalib gəlib.

Son oyun günündə 3 görüşün keçirilməsi nəzərdə tutulsa da, “Xəzər Lənkəran” – “Simurq” görüşü baş tutmayıb. Buna Zaqatala təmsilçisinin maliyyə problemləri ilə əlaqədar Lənkərana getməməsi səbəb olub.

Qeyd edək ki, əvəzedicilərin yarışında “Sumqayıt”ı məğlub edən “İnter” qızıl medallara sahib çıxıb. “Simurq” ikinci olduğu halda, bürünc medalları “Neftçi” qazanıb.

Əvəzedicilərin çempionatı
36-cı tur

27 may

“Neftçi” – AZAL – 2:1
Qollar: Pərviz Qaraxanov, 56. Emil Həsənzadə, 88 – Ruslan Nəsirli, 28.

“Qəbələ” – “Bakı” – 0:1
Qol: Mahir Mədətov, 35.

1İnter32196773-3863
2Simurq31185867-3359
3Neftçi32168853-4356
4Qəbələ321471146-4349
5Xəzər Lənkəran311261338-4942
6Bakı321141746-5637
7Qarabağ321131843-5636
8AZAL32791634-5030
9Sumqayıt32781743-7529
10Araz Naxçıvan00000-00
 
Oruc Balaşlı (“Simurq”) – 21 qol
Cavid Muxtarzadə (“Neftçi”) – 17 qol 
Raul Yaqubzadə (“Bakı”) – 16 qol
Mirsahib Abbasov (“İnter”) – 14 qol
Mirabdulla Abbasov (“Neftçi”) – 13 qol 

Nicat Muxtarov (“Simurq”) – 10 qol

Fuad Məmmədzadə (“Qarabağ”) – 8 qol
İlkin Sadıqov (“İnter”) – 8 qol

Azər Salahlı (“İnter”) – 9 qol

Həmin kateqoriyadan