- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Simurq” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Allsport.az xəbər verir ki, bu gün yerli vaxtla saat 11:00-da çalışmalara başlayan Georgi Çixradzenin komandası hazırlığın ilkin mərhələsində fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün bərpasından ibarət tapşırıqları yerinə yetirib.
Daha sonra iki qrupa bölünərək taktiki və texniki çalışmalara keçilib. Səhər hazırlığında “Duysburq”la (Almaniya) oyundan sonra ayağında yüngül ağrılar hiss edən Draqan Çeran yalnız komandadan ayrı qaçmaqla məşqi tamamlayıb. Uzun müddətdir zədədən əziyyət çəkən Vüqar Mustafayev artıq tam olaraq zədəsini sağaldaraq çalışmalara qoşulub. Yüksək temperatur səbəbindən ikinci yoxlama matçında meydana çıxa bilməyən İlkin Qırtımov da məşqləri qoşulub.