“Simurq”a texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 36-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Neftçi” – AZAL matçının 55-ci dəqiqəsində AZAL-ın futbolçusu Orxan Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Sumqayıt” – “İnter” matçında “İnter”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 2500 manat cərimə olunub.

Həmin kateqoriyadan