- Baxış sayı: 21
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Bakı” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Bakı”nın futbolçusu Yusup Xakimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
AZAL – “Simurq” matçında AZAL-ın 4, “Simurq”un isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində AZAL-ın futbolçusu Əsgər Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Simurq”un futbolçusu Sərxan Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində AZAL-ın futbolçusu Namiq Salayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Simurq”un baş məşqçisi Rövşən Babayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
Oyun bitdikdən sonra “Simurq”un məşqiçisi Asif Ramazanov geniş kütlə qarşısında hakimlər briqadasını və hakimlər komitəsini təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulub, klubu 10 000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Simurq”un futbolçusu Kamran Həsənzadə hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.