Şirvanda şahmat yarışı

“Shirvan Open 2025″ beynəlxalq şahmat festivalına yekun vurulub.

Allsport.az xəbər verir ki, Azərbaycan şahmat federasiyası, gənclər və idman nazirliyi, Şirvan şəhər icra hakimiyyəti və Şirvan şəhər olimpiya idman kompleksinin təşkilatçılığı, SOCAR-ın sponsorluğu, “Sirab”ın tərəfdaşlığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edib.

“A” qrupunun qalibi, Hindistan şahmatçısı Mayank Chakraborty olub. İkinci yerdə şahmatçımız Vüqar Rəsulov qərarlaşıb. Üçüncü yeri Hindistan şahmatçısı Subhayan Kundu tutub.
“B” qrupunda yarışın qalibi adını Məhərrəm Cəfərov qazanıb. İkinci və üçüncü yerə müvafiq olaraq Əli Səlimzadə və Fuad Məmmədov layiq görülüb.

Festival çərçivəsində təşkil olunan rapid yarışının qalibi Murad İbrahimli olub. Blits turnirində isə Vüqar Manafov qələbə qazanıb.

Ümumilikdə müxtəlif yerlər üzrə qaliblərə 22.650 AZN pul mükafatı təqdim olunacaq.

Festival Azərbaycan şahmat federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçirilən 8-ci və bu il üçün sonuncu yarışıdır.

Həmin kateqoriyadan