Beynəlxalq şahmat festivalı Şirvanda

“Shirvan Open 2025″ beynəlxalq şahmat festivalına start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan şahmat federasiyası , gənclər və idman nazirliyi və Şirvan şəhər olimpiya idman kompleksinin təşkilatçılığı, SOCAR-ın sponsorluğu, “Sirab”ın tərəfdaşlığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edir.

Yarışın açılış mərasimində Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçılara uğurlar arzulayıb. 

Festivalda şahmatçılar “A” və “B” qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçirə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur. Festivalın ümumi mükafat fondu 22650 AZN təşkil edir. “A” qrupunun qalibi 5100 AZN , “B” qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 AZN qazanacaq. 

Festival çərçivəsində həmçinin rapid və blits keçirilməsi də nəzərdə tutulur.

Festival Azərbaycan şahmat federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Festivala 26 noyabrda yekun vurulacaq.

Həmin kateqoriyadan