- Baxış sayı: 414
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Bu gün Skopye-2025 XVIII Avropa gənclər yay olimpiya festivalının ikinci yarış gününə start veriləcək.
Allsport.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan idmançıları 7 (cüdo, üzgüçülük, badminton, idman gimnastikası, şose velosipedi, stolüstü tennis, güllə atıcılığı) idman növündə mübarizə aparacaqlar. Fərdi yarışlarda qüvvəsini sınayacaq 19 idmançımızla yanaşı, üzgüçülük proqramında qarışıq 4×100 m sərbəst üsulla estafet üzrə (iki oğlan və iki qızdan ibarət) komandamız da mübarizə aparacaq.
Bu gün yarışlar təkcə paytaxt Skopyedə deyil, eyni zamanda Şimali Makedoniyanın Kumanovo və Xorvatiyanın Osiek şəhərlərində də təşkil oluncaq. Kumanovodo şose velosipedi, Osiekdə isə idman gimnastikası yarışlarına start veriləcək.
İdmançılarımızın Bakı vaxtı ilə bu günkü yarış proqramını təqdim edirik:
22 iyul
11:00. Güllə atıcılığı (qızlar, fərdi), I mərhələ
İdmançı: Leyli Əliyeva (pnevmatik tapança,10 m)
Məkan: “Partizan” idman zalı
11:30. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I qrup
İdmançı: Ramal Sadıqlı (100 m sərbəst üsul)
Məkan: “Centar” olimpiya üzgüçülük mərkəzi
11:50. Badminton (oğlanlar, fərdi), “G” qrupu, III oyun
İdmançı: Alessio Katalfamo (İtaliya) – Əli Gözəlov (Azərbaycan)
Məkan: Nevana Georgieva – Dunya adına ibtidai məktəb
12:00. Badminton (qızlar, fərdi), G qrupu, II oyun
İdmançı: Viktoriya Kumanyayeva (Azərbaycan) – Ştepanka Nıdrlova (Çexiya)
Məkan: Nevana Georgieva – Dunya adına ibtidai məktəb
12:00. İdman gimnastikası (oğlanlar, fərdi)
İdmançı: Rafael Həsənov (çoxnövçülük)
Məkan: “Qradski Vrt” yarış zalı (Osiek, Xorvatiya)
12:00. Şose velosipedi (qızlar, fərdi), final mərhələsi
İdmançı: Leyla Həşimova
İdmançı: Sevinc Sultanzadə
İdmançı: Məryəm Hüseynova
Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı
12:30. Güllə atıcılığı, (oğlanlar fərdi), final, I mərhələ
İdmançı: Oleq Kerjankin (pnevmatik tapança,10 m)
Məkan: “Partizan” idman zalı
12:47. Üzgüçülük (qarışıq 4×100 m sərbəst üsulla estafet), təsnifat mərhələsi, II qrup
İdmançılar: Vlastilina Xasyanova, Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı, Ramal Sadıqlı
Məkan: “Centar” olimpiya üzgüçülük mərkəzi
12:50. Stolüstü tennis (qızlar, fərdi), seçmə mərhələ, 5-ci qrup, 1-ci tur
İdmançı: Maya Vanyo (Serbiya) – Şəbnəm Mansurova (Azərbaycan)
Məkan: “Partizan” idman zalı
12:55. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, II təsnifat yarışı
İdmançı: Amin Oruclu (1500 m sərbəst üsul)
İdmançı: Fərhad Şirməmmədli (1500 m sərbəst üsul)
Məkan: “Centar” olimpiya üzgüçülük mərkəzi
14:00. Şose velosipedi (oğlanlar, fərdi), final mərhələsi
İdmançı: Çingiz İsayev
İdmançı: Nihad Xudoyev
İdmançı: Asiman Qasımov
Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı
14:35. Cüdo, (oğlanlar), -50 kq, 1/4 final
İdmançı: Rza Xəlilli (Azərbaycan) – Angel Radevski (Şimali Makedoniya)
Məkan: Yan Sandanski idman mərkəzi
14:50. Stolüstü tennis (oğlanlar, fərdi), seçmə mərhələ, II qrup, I tur
İdmançı: Peadar Şeridan (İrlandiya) – Uğur Nəzərli (Azərbaycan)
Məkan: “Partizan” idman zalı
15:05. Cüdo, (oğlanlar), -55 kq, 1/8 final
İdmançı: Rəsul Əlizadə (Azərbaycan) – Nikita Tataryin (Ukrayna) – Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə görüşəcək
Məkan: Yan Sandanski idman mərkəzi
15:40. Cüdo, (qızlar), -44 kq, 1/4 final
İdmançı: Gülşən Hüseynova (Azərbaycan) – Sara Coni (Böyük Britaniya) – Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə görüşəcək
Məkan: Yan Sandanski idman mərkəzi
16:30. Badminton (oğlanlar, fərdi), “G” qrupu, IV oyun
İdmançı: Pantelis Vasiliou (Kipr) – Əli Gözəlov (Azərbaycan)
Məkan: Nevana Georgieva – Dunya adına ibtidai məktəb
17:00. Badminton (qızlar, fərdi), “G” qrupu, III oyun
İdmançı: Viktoriya Kumanyayeva (Azərbaycan) – Cill Laur Felten (Lüksemburq)
Məkan: Nevana Georgieva – Dunya adına ibtidai məktəb
19:30. Stolüstü tennis (qızlar, fərdi), seçmə mərhələ, V qrup, II tur
İdmançı: Şəbnəm Mansurova (Azərbaycan) – Styliani Mavromataki (Yunanıstan)
Məkan: “Partizan” idman zalı
21:00. Badminton (qızlar, fərdi), G qrupu, IV oyun
İdmançı: Varvara Poperezay (Ukrayna) – Viktoriya Kumanyayeva (Azərbaycan)
Məkan: Nevana Georgieva – Dünya adına ibtidai məktəb