- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa gənclər yay olimpiya festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan komandası aktivinə daha bir medal yazdırıb.
Allsport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmməd Ağakişiyev üçüncü yer uğrunda görüşdə Aleksandr Aleynikova (Belarus olimpiya komitəsi) qızıl xalla qalib gələrək bürünc medala yiyələnib.
EYOF-2025-də daha əvvəl Azərbaycan cüdoçularından Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq) qızıl, Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) gümüş və Aysun Məmmədova (52 kq) bürünc medal qazanıb.
3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan seçməsi ümumi komanda hesabında liderliyini qoruyur.