- Baxış sayı: 426
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 19
- Dekabr 05, 2025
- 0

XVIII Avropa gənclər yay olimpiya festivalında (EYOF) iştirak edəcək Azərbaycan idmançıları artıq Şimali Makedoniyanın Skopye şəhərində yerləşiblər.
Allsport.az xəbər verir ki, komandanın üzvləri onlar üçün ayrılmış hoteldə məskunlaşıb və yarışlar öncəsi son hazırlıqlara başlayıblar.
Ötən gün Skopyedə nümayəndə heyətinin iştirakı ilə ilk iclas keçirilib. Görüşdə Azərbaycanın Skopye-2025-dəki missiya rəhbəri, milli olimpiya komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev çıxış edərək məşqçilərə və idmançılara qarşıdakı yarışlarla bağlı ətraflı məlumat verib.
MOK-dan verilən məlumaya görə, iclas zamanı turnirin proqramı, yarış qaydaları, davranış prinsipləri və bir sıra vacib məsələlər diqqətə çatdırılıb.
Azərbaycan komandası Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq festivalda ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Festivalın açılış mərasimi bu gün Yan Sandanski idman mərkəzində keçiriləcək.