Slot qalır, ya gedir?

“Liverpul”da baş məşqçi Arne Slotun gələcəyi sual altındadır.

Allsport.az xəbər verir ki, rəhbərlik niderlandlı mütəxəssisə konkret şərt qoyub: komanda 2026/2027 mövsümü üçün çempionlar liqasına vəsiqə qazanmalı və ya cari mövsümü ən azı bir kubokla başa vurmalıdır.

Əks halda, onun istefası qaçılmaz olacaq.

Hazırda “Liverpul” premyer liqada 26 oyundan sonra 42 xalla 6-cı pillədə qərarlaşıb və 4-cü yerdəki “Mançester Yunayted”dən 3 xal geri qalır. Yanvarda “Real Madrid”dən ayrılan Xabi Alonso isə Slotu əvəzləmək üçün ən güclü namizəd hesab olunur.

Rəhbərliyin ispan mütəxəssisə olan etimadı yüksəkdir və artıq onun nümayəndələri ilə ilkin təmasların qurulduğu bildirilir.

Arne Slot özü isə son müsahibələrində komandanın oyunundan narazı olduğunu və çempionluğun qeyri-mümkünlüyünü etiraf edib.

Həmin kateqoriyadan