- Baxış sayı: 1725
- 09 İyun 2017 11:22
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Sloveniyanın Milli Olimpiya Komitəsi Bakı 2015-də iştirak edəcək 81 güclü idmançıdan ibarət komandanı müəyyənləşdirib. Allsport.az xəbər verir ki, Sloveniyanın 12 üzgüçüsünün adı hələ bəlli olmadığına görə, bu idmançılardan cəmi 69-nun adı açıqlanıb.
Sloveniyalılar Bakı 2015 Avropa Oyunlarına 43 kişi və 38 qadın idmançı göndərəcək. Məlumata görə, sloveniyalı qrup məşqçi və nümayəndə heyəti də daxil olmaqla, 136 üzvdən ibarət olacaq. Komandanın rəhbəri keçmiş gimnast Aljaz Pegandır.
Aşağıda idmançıların idman növləri üzrə bölgüsü verilib:
Kamandan oxatma: Rok Bizjak, Den Habjan, Jaka Komocar, Ana Umer
Badminton: Iztok Utrosa, Primoz Flis, Kaja Stankovic
Basketbol 3×3: Jure Erzen, Uros Troppan, Dario Krejic, Boris Jersin, Ziva Zdolsek, Ursa Zibert, Ana Ljubenovic, Masa Pirsic
Boks: Denis Lazar, Edin Sejdinovic, Aljaz Venko
Avarçəkmə: Jost Zakrajsek, Alan Apollonio, Simon Blazevic, Spela Ponomarenko Janic
Şosse velosipedi: Kristijan Koren, Matej Mohoric, Luka Mezgec, Matej Mugerli, Matej Marin, Jan Tratnik, Polona Batagelj, Ursa Pintar
Dağ velosipedi: Gregor Krajnc, Blaza Klemencic, Tina Perse
Bədii gimnastika: Saso Bertoncelj, Sasa Golob
Cüdo: Matjaz Trbovc, Adrijan Gomboc, Andraz Jereb, Rok Dragsic, Jesenko Cetic, Gasper Jerman, Mihael Zgank, David Kukovica, Matjaz Ceraj, Kristina Vrsic, Petra Nareks, Vlora Bedeti, Tina Trstenjak, Nina Milosevic
Karate: Tjasa Ristic
Sambo: Tadej Cutuk
Atıcılıq: Rajmond Debevec, Ziva Dvorsak, Petra Dobravec, Urska Kuharic
Stolüstü tennis: Bojan Tokic, Alex Galic
Taekvondo: Ivan Trajkovic, Jure Pantar, Franka Anic, Nusa Rajher
Triatlon: Domen Dornik, Eva Skaza
Güləş: Daniel Kocar, Jure Kuhar
Bakı 2015 Avropa Oyunlarında yarışacaq 12 üzgüçü aprelin 26-da normalar üzrə final kvalifikasiya görüşlərindən sonra açıqlanacaq.