- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Kelje şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün “Sloveniya millətlər kuboku” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.
Allsport.az saytı xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda görüş Elxan Abdullayevin komandasının 2:1 qələbəsi ilə yekunlaşıb. Bizdən qolları 25-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.
Beynəlxalq turnir çərçivəsində ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını sentyabrın 9-da Polşaya qarşı keçirəcək.